ER Baş naziri Nikol Paşinyan özünün Twitter mikrobloqunda Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 8-də səsləndirdiyi çıxışına toxunub.
“Noyabrın 8-də Azərbaycan prezidenti Əliyev hərbi geyimdə, hərbi auditoriya qarşısında hədələyici və aqressiv çıxış edərək bəyan etdi ki, Ermənistanın Sisian, Qoris, Kapan və digər şəhərləri onların nəzərindədir, Ermənistan bunu nə demək olduğunu başa düşür.
Bu, dinc əhaliyə qarşı açıq-aşkar qorxutma hərəkətidir”, - deyə o yazıb.