Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu başsağlığı mesajına görə erməni həmkarı Ararat Mirzoyana təşəkkür edib.
Türkiyənin XİN başçısı Mirzoyanın bu barədə sosial şəbəkədəki paylaşımına elə Tvitter hesabından cavab verib.
“Başsağlığı mesajınız üçün təşəkkür edirik”, - Çavuşoğlu bildirib.
Xatırladaq ki, Ararat Mirzoyan İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Mövlud Çavuşoğluna başsağlığı vermişdi.