Ermənistanın Hollandiya və Lüksemburqdakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Balayan Twitter mikrobloqunda yazıb ki, Azərbaycan prezidentinin xanımı artıq UNESKO-nun xoşməramlı səfiri deyil.
“Bu təşkilatın dəyər və prinsiplərinə qarşı onilliklər işlədikdən sonra, UNESKO-nun missiyasının onların nəzarəti altında olan ərazilərə girişinə icazə verilmədikdən sonra ədalət zəfər çaldı”,- deyə səfir Balayan bildirdi.