Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya arasında danışıqların Ankarada aparıldığını təsdiqləyib.
"Belə danışıqlar həqiqətən də olub. Bu, Amerika tərəfinin təşəbbüsü idi",-deyə o bildirib.
Peskov danışıqların təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, Reuters-in Ağ Ev rəsmisinə istinadən xəbər verdiyinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Berns Rusiyanın nüvə silahından istifadənin nəticələrini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Ankarada görüşüb.