Noyabrın 14-də ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın və Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliyanın rəhbərliyi ilə Tbilisidə ER və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
İki ölkə arasında qonşuluq münasibətlərinin artan dinamikası fonunda tərəflər yüksək səviyyəli təmasların və siyasi dialoqun gündəliyini, eləcə də çoxtərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.