ER Ombudsmanı Kristinne Qriqoryan bu gün ATƏT PA-nın gənc nümayəndələrini qəbul edib.
Ombudsman ATƏT PA-nın gənc nümayəndələrinin Azərbaycanın 13-14 sentyabr təcavüzünün nəticələri, Ermənistanda insan haqları problemləri, söz və sərbəst toplaşma azadlığı, qadın hüquqları ilə bağlı suallarını cavablandırıb.
Qriqoryan dərc olunmuş fövqəladə hesabatları təqdim edib, onlarda göstərilən faktlara toxunub. Ombudsman hərbi əsirlərdən, hərbi cinayətlərdən və onlara qarşı işgəncələrdən, qeyri-insani və ləyaqəti alçaldan rəftardan da danışıb.
Kristinne Qriqoryan dərc etdiyi hesabatların beynəlxalq strukturlara təqdim edildiyini bildirib.