Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb, regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunublar və ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.