Rusiya Müdafiə Nazirliyi noyabrın 12-də Askeran rayon sakininin Azərbaycan mövqeyindən atəşə tutulması faktını qeydə alıb.
Bu barədə Nazirlik saytında dərc olunan Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qoşunlarının həftəlik icmalında deyilir:
“Noyabrın 12-də saat 15:30-da Xramortdan 1,8 km şərqdə yerləşən ərazidə kənd təsərrüfatı texnikası ilə torpaq işləri aparan yerli sakinə azərbaycanlıların mövqeyindən atıcı silahlardan atəş açılıb”.
Məlumatda sakinin yüngül xəsarət aldığı, texnikanın zədələndiyi bildirilir.
"Bu faktla bağlı Rusiya sülhməramlı qoşunlarının komandanlığı Azərbaycan tərəfi ilə araşdırma aparır", - Rusiya Müdafiə Nazirliyi qeyd edir.