Azərbaycan səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ona bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı etiraz notası təqdim edilib.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Respublikasının Tehrandakı səfiri İran XİN-ə çağırılıb. Səbəb isə Azərbaycan mətbuat orqanları və rəsmiləri tərəfindən İran İslam Respublikasına qarşı təbliğat və böhtanların davam etməsi idi.