Noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz əlaməti olaraq etiraz aksiyası keçirilib.
“Turan” agentliyinə əsasən, polis qüvvələri aksiya iştirakçılarını hələ metronun "İçəri Şəhər" stansiyasının qarşısındakı bağda amansızlıqla saxlamağa başlayıb, etirazçılar isə "Azadlıq!", "İstefa!", "Azadlıq, ədalət, milli hökumət!" və s. şüarlar səsləndiib.
Qeyd edilib ki, Polis amansız davranır, jurnalistlərin çəkiliş aparmasına maneə yaradır. Nümayişin monitorinqini aparan "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının üzvü Zəfər Əhmədov bildirib ki, 150 nəfərə yaxın saxlanılan olub.
Aksiya Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən toplaşmaq azadlığının təmin edilməsi, quru sərhədlərin açılması, siyasi məhbusların azad edilməsi, azad seçkilər keçirilməsi və demokratik islahatlar aparılması tələbi ilə təşkil olunub.