Ermənistanın baş naziri Nikol Paşinyan İctimai televiziyasına verdiyi müsahibədə Azərbaycan prezidenti İlham Əliyevin Soçi və Praqanın bəyanatları ilə Dağlıq Qarabağ məsələsinin tarixdə qalması barədə bəyanatına toxunub.
ER baş nazirinin sözlərincə, Əliyev bu kimi bəyanatlar daha əvvəl də səsləndirib. Paşinyan sual qaldırıb ki, əgər Dağlıq Qarabağ məsələsi həll olunursa, o zaman Dağlıq Qarabağ erməniləri bunu niyə hiss etmirlər?
“Əgər Dağlıq Qarabağ məsələsi həll olunursa, o zaman Dağlıq Qarabağ erməniləri bunu niyə hiss etmirlər? Əgər Dağlıq Qarabağ məsələsi həll olunursa, Azərbaycan qoşunları niyə Dağlıq Qarabağın ətrafında mövqelər qurublar və niyə Dağlıq Qarabağı atəşə tuturlar? Bu, çox mühüm sualdır və onun əsaslı cavabını beynəlxalq ictimaiyyət də almalıdır. Biz DQ məsələsinin həll olunmasının əleyhinə deyilik, deyirik ki, orada yaşayan insanlar ilk növbədə o həlli hiss etməli, görməli və qəbul etməlidir. Niyə onlar daim təhdid altındadırlar?.
Deyəndə ki, ermənilərin heç bir problemi yoxdur və olmayacaq, indi gedək görək hadrutluların problemi var, ya yox, indi hadrutlular öz evlərində yaşayırlar? Azərbaycanın bu məsələnin həllinə baxışı necədir?”.
Nikol Paşinyanın sözlərincə, Qarabağda yaşayan bütün ermənilər Hadrut sakinlərinin taleyini yaşayacaqsa, o halda bütün bunların soyqırıma hazırlıq təəssüratı yaratması barədə dedikləri haqlı sayılmalıdır.