Soçi bəyanatında sülhməramlılardan bəhs edilir, amma qeyri-müəyyəndir, tərəflərin əhval-ruhiyyəsi necədir, Bakı və Rusiyanın sülhməramlıların missiyasını uzatmaq, onların sayını artırmaq istəyi varmı? ER baş naziri Nikol Paşinyan İctimai тeleviziyaya müsahibəsində bu sualı cavablandırarkən qeyd edib:
“Mən Rusiya prezidenti ilə görüşün əvvəlində açıq şəkildə söz verdim, üçtərəfli formatda da dedim ki, indi sülhməramlıların səlahiyyət müddətinin, yəni mandatın avtomatik uzadılması ilə bağlı sənədi imzalamağa hazıram, amma burada da qarşılıqlı anlaşma yox idi. Məncə, sülhməramlılar mövzusu da önəmlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan prezidentinin noyabrın 8-də çıxışı Soçi bəyanatının pozulmasıdır, çünki cəmi 8 gün əvvəl Azərbaycan prezidenti sənəd imzalayıb ki, sabitliyin təmin edilməsi üçün sülhməramlıların fəaliyyəti tələb olunur. 8 gündən sonra isə həmin məntiqə zidd olan dildə danışır...."
2025-ci ildən sonra sülhməramlı missiyanın tələb olunmayacağı nəzəri cəhətdən mümkündürmü sualına baş nazir belə cavab verib:
“Nəzəri cəhətdən bəli, əgər Dağlıq Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bütün təminatlar yaradılsa da, onlar nəinki yaradılmalı, həm də həyatla sınaqdan keçirilməlidir. Rusiya sülhməramlıları bu cür təminatların dəqiq formalaşdırılması olmadan sadəcə olaraq tərk edə bilməzlər. DQ-nin sülhməramlı qüvvələri Rusiya Federasiyası Federal Şurasının qərarına əsasən qoşunların təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Orada deyilir ki, sülhməramlılar Dağlıq Qarabağ əhalisinin kütləvi şəkildə qətlə yetirilməsinin qarşısını almaq üçün yerləşdirilir”.
Nikol Paşinyan soyqırımın hazırlığı və ya təhlükəsindən danışdığını xatırladıb, o qeyd edib ki, RF Federal Şurasının qərarında da yazılıb ki, sülhməramlılar bu məqsədlə yerləşdirilir və bu məqsədi yerinə yetirməlidir.