Ermənistan-Azərbaycan sərhəd zonası ilə bağlı da demilitarizasiya təklifi vermişik və veririk, 1991-ci ildə təsdiq edilmiş sərhəddən qoşunların çıxarılmasını, sərhədin hər iki tərəfində 3 kilometrlik hərbsizləşdirilmiş zonanın yaradılmasını təklif edirik․ Bu barədə ER Baş naziri Nikol Paşinyan Hökumətin iclası zamanı bildirib.
“Bu təklif qüvvədə qalır və biz dünən onun yenilənmiş variantını Azərbaycana çatdırdıq. Hər halda qeyd etməliyəm ki, Azərbaycanın silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazisinin bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır və bizim bu mövqeyimiz heç vaxt və heç bir şəkildə dəyişdirilməyəcək.
Əgər Azərbaycan ötən ilin mayında, noyabrında, 2022-ci il sentyabrın 13-də Ermənistan Respublikasına qarşı təcavüzə, ərazilərin işğalına, Ermənistanın suveren ərazisindəki 36 yaşayış məntəqəsinin, o cümlədən Goris, Cermuk, Vardenis, Kapan, Geğamasarın atəşə tutulmasına, 7600 dinc sakinin, o cümlədən 1437 uşaq, 99 əlil şəxsin köçkün düşməsinə, 193 yaşayış evi, 3 mehmanxana, 2 məktəb, bir tibb məntəqəsinin hədəfə alınmasına, 211 Ermənistan vətəndaşının, o cümlədən 3 mülki şəxsin qətlə yetirilməsinə, azı 11 hərbi əsirin məhkəməsiz edam edilməsinə, o cümlədən qadın hərbçilərin cəsədlərinin işgəncə və alçaldılmasına haqq qazandırmağa cəhd edərsə, bütün bunlara haqq qazandıra bilməz və bu cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi ilə bağlı bütün çağırışlar birmənalı, şübhəsiz olaraq haqlıdır”,- deyə Paşinyan qeyd edib.