Nikol Paşinyan qeyd etdi ki, Dağlıq Qarabağ ermənilərinin Azərbaycan qoşunlarının təmas xəttinin pozulması hallarının aradan qaldırılması və qoşunların sülhməramlıların məsuliyyət zonasından çıxarılması, habelə Dağlıq Qarabağ ermənilərinin soyqırım siyasətindən əl çəkməsi tələbi ədalətlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
“2022-ci ilin martında görünməmiş soyuq şəraitdə Dağlıq Qarabağı təbii qazla təmin edən yeganə boru kəmərinin Azərbaycan tərəfindən partladılması və onun bərpasına həmişəlik mane olması bu siyasətin təzahürü idi.
Həmin dövrdə Azərbaycan silahlı qüvvələrinin bölmələri Dağlıq Qarabağın bir sıra erməni kəndlərinin konkret yaşayış məntəqələrini, rayonlarını gecə saatlarında güclü projektorlarla işıqlandırıb, sakinləri evlərini tərk etməyə çağırıb, atəş səsləri ilə İslami dualar oxuyumağa dəvət ediblər, çox güclü səsgücləndiricilər vasitəsilə azan səslənirdidilər.
İndi də bu əməllərin müəllifləri Ermənistanı İslama zidd əməllərdə ittiham etmək istəyirlər. Ermənistan Respublikası və erməni xalqının onlarla İslam ölkəsi və xalqları ilə qardaşlıq hissləri və tərəfdaşlıq münasibətləri var, Azərbaycan isə yuxarıda qeyd etdiyimiz əməlləri ilə İslamı gözdən salan “Əl-Qaidə” və “İslam dövləti”ni xatırladır”,- Paşinyan qeyd etdi.