Hökumətin iclasında Ermənistanın Baş naziri nikol Paşinyan vurğulayıb ki, məhz Azərbaycan prezidenti 2021-ci il dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə əldə edilmiş razılaşmanı pozub.
Buna əsasən, Ermənistan və Azərbaycan liderləri Yerasx-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpa işlərinə başlamaq barədə razılığa gəliblər və dəmir yolunun hər iki ölkənin qanunvericiklərə uyğun fəaliyyət göstərəcəyini açıq şəkildə qeyd ediblər.
“Azərbaycan prezidentinin özü bu müqaviləni təsdiq edən sənədi imzalamaqdan imtina etdi. Çox sadə bir vəziyyət kimi görünürdü, sadəcə olaraq açıq elan olunanları kağıza yazmaq və sadəcə imza atmaq lazım idi, lakin Azərbaycan bu hərəkətdən imtina etdi. Bu gün də Azərbaycan prezidenti bundan imtina edir və mən bu gün bu razılaşmanı təsdiq edən sənədi imzalamağa hazır olduğumu rəsmən bildirirəm. Söhbət o razılaşmadan gedir ki, onunla bağlı öz “Facebook” səhifəmdə paylaşım etmişəm və hökumətin iclasında da bu mövzuya dair açıqlama vermişəm, tapşırıqlar vermişəm və s.
Mən artıq dedim ki, Azərbaycan prezidenti özü Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi üçün Ermənistanın təklif etdiyi imkandan istifadə etməkdən imtina edir.
Azərbaycan prezidenti özü Ermənistan Respublikasının yazılı şəkildə tərtib etdiyi və hələ 2021-ci ilin dekabrında Azərbaycana göndərdiyi yeni kommunikasiyaların tikintisinə dair təklifindən imtina edir. Üstəlik, yaxın vaxtlarda bu mövzu ilə bağlı yeni bir təklif təqdim etmək niyyətindəyik. Yeri gəlmişkən, bu mövzu ilə bağlı əlavə ehtiyat təklifimiz var.
Azərbaycan prezidenti özü Dağlıq Qarabağ probleminin hərtərəfli ünvanlamasına dair 2021-ci ilin dekabrında Brüsseldə əldə edilmiş razılaşmanı pozur.
Azərbaycan prezidenti özü 2020-ci ilin noyabrında Rusiya prezidentinin vasitəçiliyi ilə razılaşdırılmış Dağlıq Qarabağın statusu məsələsinin qeyri-müəyyən müddətə təxirə salınması variantını ləğv edir.
Azərbaycan prezidenti özü 2021-ci il noyabrın 26-da Soçidə qəbul etdilmiş bəyanatı və əldə edilmiş razılaşmanı pozur. Razılaşmaya əsasən, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi sərhəd təhlükəsizliyin təmin edilməsi şəraitində və hər hansı eskalasiyaya yol vermədən aparılmalıdır.
Azərbaycan prezidenti özü 2021-ci ilin dekabrında Brüsseldə əldə edilmiş razılaşmanı pozub, ona əsasən, ən təhlükəli hissələrdə qoşunların güzgü şəkildə çıxarılması yerinə yetirməli idi”,- deyə Paşinyan bildirib.