ER Hökumət iclası zamanl Nikol Paşinyan qeyd etdi ki, Azərbaycan prezidenti Dağlıq Qarabağ ermənilərinə qarşı soyqırım törətmək hazırlıq çərçivəsində Ermənistanı Dağlıq Qarabağda orduya malik olmaqda ittiham edir.
“İlk növbədə qeyd etməliyəm ki, Ermənistan Respublikasının Dağlıq Qarabağda ordusu yoxdur və oktyabrın 6-da Praqada bu məsələyə aydınlıq gətirmək üçün Dağlıq Qarabağa müşahidə missiyası göndərmək təklifimi Azərbaycan özü rədd edib.
Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur, Dağlıq Qarabağın müdafiə ordusu var ki, bu da soyqırım siyasətinin həyata keçirilməsi üçün də ciddi maneədir. Mənim təsəvvürüm belədir ki, Dağlıq Qarabağ ermənilərinin ordusu ancaq və ancaq soyqırıma məruz qalmaq təhlükəsinin aradan qaldırılması üçün mövcuddur.
Oktyabrın 31-də Soçidə üçtərəfli görüş zamanı bu məsələ ilə bağlı Dağlıq Qarabağ hakimiyyətinini təklifini təqdim etdim - Dağlıq Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zona yaradın ki, bunun nəticəsində Dağlıq Qarabağın belə miqyasda müdafiə ordusuna ehtiyacı olmayacaq. Bu təklif hələ də qüvvədə qalır”,- Paşinyan qeyd etdi.