Noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Paşinyan və Putin Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı 31 oktyabr Soçi görüşündən bəri baş verən hadisələr haqda fikir mübadiləsi aparıblar. Tərəflər humanitar məsələlər üzrə əldə olunmuş razılaşmaların icrasını da müzakirə ediblər.
Söhbət zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Yerevanda keçiriləcək sammitinə hazırlıq müzakirə edilib.
Qeyd edək ki, KTMT-nin sammiti noyabrın 23-də Yerevanda keçiriləcək. Vladimir Putin sammitdə iştirak etmək üçün noyabrın 22-də Ermənistana səfər edəcək.