Son iki il ərzində Azərbaycan daimi şəkildə atəşkəslə bağlı üçtərəfli razılaşmanı pozub və manipulyasiya edib.
Bu barədə Twitter-də Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan yazıb.
“Azərbaycanın gələcək sülh müqaviləsini imzaladıqdan sonra onu pozmayacağına və yanlış şərh etməyəcəyinə hansı təminatlar var? Ermənistana BMT Təhlükəsizlik Şurasının ən azı 5 daimi üzvündən sülh müqaviləsi üçün qarantlar lazımdır”,-deyə Marukyan vurğuladı.