Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransaya işgüzar səfərə gedəcək.
Nazir Parisdə Fransanın xarici işlər naziri Katrin Kolonna və başqa rəsmilərlə görüşəcək.
Bundan başqa, A.Mirzoyan 5-ci Paris Sülh Forumunda da iştirak edəcək.
Qeyd edək ki, forum noyabrın 11-12-də Fransa paytaxtında keçiriləcək.