Ermənistan Respublikasının maliyyə naziri Tigran Xaçatryan və nazir müavini Avag Avanesyan noyabrın 7-9-da İran İslam Respublikasında işgüzar səfərdədirlər.
Səfər çərçivəsində İran İslam Respublikasının Prezidentinin müavini Masud Mirkazemi, İran İslam Respublikasının maliyyə və iqtisadiyyat naziri Ehsan Xanduzi və digər yüksək səviyyəli şəxslərlə görüşlər baş verib.
Noyabrın 8-də Tigran Xaçatryan və Ehsan Xanduzi arasında keçirilən görüşdə qonşu ölkələr arasında bir sıra iqtisadi prioritetlərə, xüsusən də illik 3 milyard dollarlıq ticarətin həyata keçirilməsinə, mal mübadiləsinin həcminin 5 milyon tona çatdırılmasına, bank, ticarət və gömrük münasibətlərinin sadələşdirilməsinə və inkişafına əhəmiyyət verilib.
Nazir Xaçatryan qeyd etdi ki, İran İslam Respublikasına ilk səfəri zamanı məhsuldar və konstruktiv müzakirələr aparılıb.
İki ölkə arasında iqtisadi mübadilələrin həcmində qeydə alınan 25 faiz artıma toxunan nazir vurğualdı ki, bu il iki ölkə arasında mübadilələrin həcmində artım 40 faizdən çox olacaq.
İranın maliyyə və iqtisadiyyat naziri qeyd etdi ki, İran hökuməti Qafqaz regiona əəmiyyət verərək, qonşu ölkələrin iqtisadi siyasətini çox ciddi şəkildə izləyir.