Tehran Azərbaycan prezidenti İlham Əliyevin Şuşidə səsləndirdiyi bəyanatlara cavab verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, İranın siyasəti mehriban qonşuluğa əsaslanır və qonşulardan biri ilə əlaqələrin gücləndirilməsi onun digərinə qarşı yönəlməsi demək deyil.
XİN nümayəndəsi həmçinin ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmasının, Ermənistanla Azərbaycan arasında mövcud problemlərin qanun və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması prosesləri xarici qüvvələr tərəfindən deyil, region ölkələri tərəfindən aparılmalıdır və İran Ermənistanla Azərbaycan arasında nizamlanmaya kömək etməyə hazırdır”,-deyə o qeyd etdi.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İranın Azərbaycanla sərhəddə son hərbi təlimləri əvvəlcədən planlaşdırılmışdı və bu barədə qonşulara rəsmi məlumat verilmişdi.