Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, M.Xusainov Sualtı Hücum Komandanlığını (SAT) ziyarət edib, Baş Qərargah rəisinə SAT-ın fəaliyyəti və imkanları barədə məlumat verilib.