İlham Əliyev Ermənistanı, eləcə də İranı, beynəlxalq ictimaiyyəti və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün səy göstərən tərəfləri növbəti dəfə açıq şəkildə hədələyib. Əliyev Şuşidəki çıxışı zamanı bir daha reallığı təhrif edərək bildirib ki, guya Ermənistan “Zangezur dəhlizinin verilməsini və bütün qoşunlarını Qarabağdan çıxarmağı” öhdəliyini üzərinə götürüb, lakin bu öhdəlikləri yerinə yetirməyib.
Azərbaycan prezidenti mümkün “sülh müqaviləsinə” də toxunaraq bəyan edib: “Biz sülh istəyirik, müharibə istəmirik. Bizim irəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”.
Əliyev çıxışında növbəti dəfə müharibə ilə Ermənistanı hədələyib: “Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər”.
Əliyev çıxışında İrana da toxunub. “Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz”, - deyə o bildirib.
Əliyev çıxışında Azərbaycan tərəfindən Ermənistan ərazisinin bir hissəsinin işğal edildiyini də etiraf edib: “İşğal nədir, itki nədir, indi görürlər. Bu ona görə edilir ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirsin. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır”, - deyə Əliyev bildirib.
Qonşu ölkənin başçısı beynəlxalq tərəfdaşları və Ermənistana səfər edən dövlətlərin nümayəndələrini xaricdən göndərilən öyrədilmiş ünsür adlandırıb və hədələyib ki, Azərbaycanın istəklərinə qarşı olan hər kəs yenidən, onun dediklərinə görə, Bakının yumruğunu görəcək.
Əliyev Ermənistan-Azərbaycan münasibətlərini yenidən dini münaqişəyə çevirərək, müsəlman ölkələrini Ermənistanla münasibətdən çəkinməyə çağırıb.
İlham Əliyev Rusiyanın sülhməramlı missiyasının uzadılmasının qarşısını almaq niyyətində olduğuna da açıq eyham vurub. “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir”, - deyə o bildirib.