Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz “Twitter” mikrobloqunda yazıb:
“Bu gün Azərbaycanı təbrik edən beynəlxalq tərəfdaşlar Şuşi, Hadrut və digər kəndlərdə yaşayan ermənilərin hazırda harada olduğunu öyrənməyə çalışmalıdırlar. Onlar sadəcə başa düşməlidirlər ki, onlar faktiki olaraq Azərbaycanı etnik təmizləməyə görə təbrik edirlər, bununla da bunu qanuniləşdirirlər”, - deyə Marukyan yazıb.