Türkiyə ikiqeydiyyatlı Rusiya aviaşirkətlərinə məxsus təyyarələrə ölkənin hava məkanından uçuşu yasaqlayıb.
Bu barədə RBC-ya “Pegas Touristik” turoperatorunun baş direktoru, “Nordwind” aviaşirkətinin direktorlar şurasının üzvü Anna Podqornaya və Rusiya daşıyıcı şirkətlərindən iki mənbə bildirib.
Podqornayanın sözlərinə görə, Türkiyədən yan keçmək zərurəti ilə əlaqədar, məsələn, Misirə uçuşların müddəti 20-30 dəqiqə artıb.
Rusiya Nəqliyyat Nazirliyinin nümayəndəsi bildirib ki, qurum yaxın vaxtlarda bu məsələ ilə bağlı Türkiyə ilə danışıqlar aparmaq niyyətindədir.