Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə toxunub.
Toivo Klaar “Twitter"də bildirib: “Dünən Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında vacib görüş olub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsi üzrə substantiv danışıqlar prosesində iştirakı sevindirici haldır”.