Rusiya İranla Səudiyyə Ərəbistanı arasında vasitəçi olmağa hazırdır. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
"Moskva həm Səudiyyə Ərəbistanı ilə, həm də İranla təmasdadır. Rusiya hər iki tərəfi bütün ziddiyyətləri dialoq yolu ilə həll etməyə çağırır",- deyə Boqdanov vurğulayıb.