Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 38 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 823 577 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 354 nəfər müalicə olunaraq sağalıb, hazırda 266 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər ölüb.