Avropa İttifaqı (Aİ) Ukraynaya növbəti yardım planını sabah təqdim edəcək.
Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Avropa rəsmiləri bildirirlər ki, 18 milyard avroluq yardım planının məqsədi gələn il Ukraynanın maliyyə sabitliyini təmin etməkdir. Planda şəraitə görə müəyyən dəyişiklik edilə bilər.