ABŞ nüvə silahından istifadə riskini azaltmaq üçün Rusiya ilə yüksək səviyyəli əlaqələr saxlayır. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “Wall Street Journal”a bildirib.
Sallivan təmasların hansı səviyyədə olduöunu açıqlamayıb. O, həmçinin müzakirələrin təfərrüatlarını və nüvə silahından istifadə halında Vaşinqtonun mümkün addımlarını açıqlamayıb.
Rusiya da ABŞ bəyanatlarına cavab verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Moskva qarşılıqlı maraq doğuran və qarşılıqlı faydalı məsələlər üzrə dialoqa açıqdır.