Rusiya Federal Hava Nəqliyyatı Agentliyi xəbər verib ki, Rusiyanın cənub və mərkəzində hava uçuşlarına məhdudiyyətin vaxtı yenidən uzadılıb.
“Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 2022-ci il noyabrın 15-dək uzadılıb”, - deyə bildirilib.
Mlumata görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-Don, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.