Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 6 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 823 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 302 nəfər müalicə olunaraq sağalıb, hazırda 280 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər ölüb.