Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pərvin Mirzəzadənin məqaləsinə cavab verib.
Marukyan cavabında regionda uzunmüddətli və davamlı sülh yolunun olduğuna əminliyini ifadə edib: “Bu, Azərbaycan hərbçilərinin Ermənistanın suveren ərazisindən çıxarılması, bütün erməni hərbi əsirlərin və həbs edilmiş şəxslərin qaytarılması, 1991-ci il Alma-Ata Bəyannaməsinə və Protokoluna uyğun olaraq delimitasiyanın həyata keçirilməsi, tərəflərin suverenliyi əsasında kommunikasiyaların açılması, eləcə də Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə, hüquq və azadlıqlarına təminatın verilməsidir”
Eyni zamanda, Marukyan qeyd edib ki, təhdid və zorakılıq sülhə aparan yol ola bilməz.
“Bütün məqalənizdə erməni xalqına yönəlmiş təhdidlər qırmızı xəttdən keçir. Xatırladam ki, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Soçinin üçtərəfli bəyannaməsini imzaladı və güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən çəkinməyə razılaşdı. Çox məyus oldum ki, artıq bu gün Sizin bəyanatlarınız öz hökumətinizin əldə etdiyi razılaşmaların hüdudlarından kənara çıxıb. Təəssüflənirəm ki, Xarici İşlər Nazirliyində 33 il işləməyinizə baxmayaraq, ziddiyyətli nəticələr çıxartırsınız.
Bir tərəfdən böyüklərə hörmətdən danışırsınız, digər tərəfdən də şəxsi təhqirlərlə məşğul olmaq hüququnu özündə saxlayırsınız. Necə deyərlər - "Hörmət istəyirsənsə, təhqirlə başlama”,-deyə Marukyan qeyd etdi.
“Revanşizm, pasifizmin olmaması və başqa uydurma ittihamlar adı altında siz yeni hərbi təcavüzə haqq qazandırmaq üçün rəhbərliyinizin “iştahını” gizlədirsiniz. Siz eyni pərdə altında on minlərlə erməninin Sumqayıtda və Bakıda kütləvi qətllər, talan və yandırmalarla müşayiət olunan qırğınlarını da gizlətməyə çalışırsınız. Siz həm də 2016-cı, 2020-ci illərdə olduğu kimi Dağlıq Qarabağın dinc əhalisinə qarşı davamlı zorakılığı unutdurmağa çalışırsınız
Siz dinc əhalinin öldürülməsini, hərbi əsirlərin saxlanılıb güllələnməsini, həlak olan hərbçilərin və mülki şəxslərin meyitlərini ələ salmağı, mülki infrastrukturu dağıdıb, mədəni-tarixi irsin mənimsənilməsini və təhqir olunmasını beynəlxalq hüquq normaları barədə sözlərin altında gizlətməyə çalışırsınız.
Görünür, erməni şəhər və ərazilərini mənimsəmək üçün tarixi təhrif edərək tamamilə yenidən yazmaq cəhdləriniz məhz belə bir ab-havada inkişaf edib.
“Suverenlik” anlayışı ilə bağlı danışırkən məqalənizin tam dissonansını da vurğulamaq istəyirəm. Bir tərəfdən, Sizin üçün, Artsax xalqının hüquqlarına gəldikdə, Ermənistan və Azərbaycan arasındakı sərhədlər aydın şəkildə tanınır və aydındır, digər tərəfdən, Azərbaycanın Ermənistanın suveren ərazilərinə hərbi təcavüzünə gəldikdə, bu sərhədlərin delimitasiyası və demarkasiyasına ehtiyac var.
Bütün razılaşmaların həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün aydın siyasi iradə olarsa, Ermənistanla Azərbaycan arasında sülhə inanıram.
Əminliklə deyə bilərəm ki, Ermənistan tərəfinin yaxın gələcəkdə bütün razılaşmaları həyata keçirmək və sülh müqaviləsi imzalamaq üçün güclü siyasi iradəsi var. Görək Azərbaycanda o siyasi iradə varmı?”.