Almaniya kansleri Olaf Şolz və ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub. Tərəflər Ukraynanı “öz imkanları daxilində” dəstəkləməyə davam edəcəklərini bəyan ediblər. Rəsmilər Moskvanın Kiyevə qarşı “çirkli bomba”dan istifadə etmək niyyətinə görə ittihamlarına da toxunublar. Liderlər Rusiyanın son nüvə təhdidlərinin məsuliyyətsiz olması ilə bağlı razılığa gəliblər.
Olaf Şolzun Çinə səfərinin nəticələri də gündəmdə olub. Almaniya kansleri və ABŞ prezidenti Çin rəhbəri Si Cinpinin nüvə silahının mümkün istifadəsinin və onun hədəsinin qəbuledilməz olduğuna dair bəyanatı alqışlayıblar.