“Avropa İttifaqının Rusiyanın enerji resurslarından müstəqilliyi assosiasiyanın strateji məqsədidir”.
Bunu ABŞ-da Atlantika Şurasında çıxış edən Avropa Komissiyasının (AK) enerji üzrə baş direktoru Ditte Jule Yorgensen deyib.
“Rusiyanın enerji resurslarından asılılıqdan qurtulmaq bizim strateji hədəfimizdir. Düşünürəm ki, hadisələrin inkişafı bu istiqaməti təsdiqləyir”.
Onun sözlərinə görə, Aİ-nin qaz anbarları hazırda 95% doludur.