Noyabrın 4-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan yeni təyin olunmuş dövlət naziri Ruben Vardanyanı hökumət üzvlərinə və dövlət nazirinin aparatının əməkdaşlarına təqdim etdi.
Arayik Harutyunyan qeyd etdi ki, Ruben Vardanyan 20 ildən artıqdır ki Artsax yanındadır.
“Ən vacib olan odur ki, o, Artsaxın gələcəyinə inanır. O, əmindir ki, bütün erməni xalqının gələcəyi Artsaxda həll olunur və öz hərəkətləri ilə Artsaxa gəlməkdən və burada bizimlə olmaqdan, taleyimizi bizimlə bölüşməkdən vacib heç nə olmadığını təsdiq etdi”,- deyə o qeyd etdi.
Prezident vurğuladı ki, Artsax naminə, Artsax xalqı naminə, tarixi torpağımızda yaşamaq hüququmuz naminə, Artsaxı erməni saxlamaq naminə uğur qazanmaq lazımdır.
Ruben Vardanyan vurğuladı ki, hazırda Artsax dövlət naziri vəzifəsini tutmaq onun üçün böyük şərəf və daha böyük məsuliyyətdir.
“Biz başa düşməliyik ki, indi bu, bizim üçün vətən müharibəsidir, Artsaxın təhlükəsizliyi, subyektivliyi və inkişafı üçün hamımızdan güc və səy sərf etməyi tələb edən böhranlı vəziyyətdir. Mən demək istəyirəm ki, artsaxlılar o mənada hamı üçün nümunədir ki, bu çətin vəziyyətə baxmayaraq, burada qalırlar, yaşayırlar, uşaq dorğururlar. Yanınızda olduğundan qürur duyuram. Biz Artsaxı əcdadlarımızdan aldıq və biz onu ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq”, - Ruben Vardanyan bildirib.