NATO-nun Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina twitter mikrobloqunda yazdı ki, sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi yaxşı xəbərdir.
“NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir və Avropa İttifaqının bu danışıqlara ev sahibliyi etməsi və bu yaxınlarda Aİ Monitorinq Missiyasını başlatması da daxil olmaqla bu istiqamətdəki səylərini alqışlayır”, - deyə o qeyd etdi