Avropa İttifaqı (Aİ) sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının iclasının keçirildiyi konstruktiv atmosferi yüksək qiymətləndirib.
Bu barədə Aİ Xarici İşlər Xidmətinin saytında dərc edilmiş bəyanatda deyilir.
Noyabrın 3-də Brüsseldə Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının üçüncü iclası keçirilib.
Qeyd olunur ki, bu görüş Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Baş nazir Nikol Paşinyan və prezident İlham Əliyev arasında Brüsseldə keçirilən üçtərəfli görüşlər zamanı ən yüksək səviyyədə əldə olunmuş razılığa əsasən təşkil olunub.
“Aİ görüşün keçirildiyi konstruktiv atmosferi və tərəflərin sərhəd məsələlərinin həlli, eləcə də təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üzərində işi davam etdirməyə hazırlığını yüksək qiymətləndirir”, - deyə məlumatda bildirilir.