Noyabrın 4-də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq ölkədəki siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.
"Turan" agentliyinə əsasən, siyahıya 100 nəfərin adı daxil edilib, Sülh və Demokratiya İnstitutunun bəyanatında deyilir. Siyahını tərtib edənlər “siyasi məhbus” anlayışı üçün Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi meyarlardan istifadə ediblər.
Əvvəlki siyahı 28 sentyabr 2022-ci ildə açıqlanıb və 99 ad daxil olub.
Elşən Həsənov Turan-a bildirib ki, siyahıda yeni şəxslər var - Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu və dini mahnıların ifaçısı Vüqar Rəsul.