ABŞ, Almaniya, Britaniya və Fransa xarici işlər nazirləri görüşüb. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken "Twitter"də bildirib.
"Geniş spektrli mövzular üzrə gedən müzakirələrimizi və koordinasiyamızı davam etdirmək üçün görüşdük. Transatlantik əməkdaşlıq qlobal problemlərin həlli üçün açardır",- deyə Blinken deyib.
Qeyd edək ki, görüş Almaniyada G7 ölkələrinin XİN başçılarının iclası çərçivəsində baş tutub.