Ermənistan Respubliasının xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması və Dağlıq Qarabağ münaqişəsinin yekun həlli gündəmdəki prioritet məsələlərdəndir.
“Ermənistan üçün əməkdaşlıq gündəliyinin prioritet məsələləri arasında siyasi dialoqun aktivləşdirilməsi, Ermənistana və Artsaxa qarşı törədilən təcavüzün müxtəlif nəticələrinin aradan qaldırılması, münaqişənin yekun həlli, humanitar yardımın göstərilməsi kimi istiqamətlər üzrə işlərin davam etdirilməsidir.
Eyni zamanda, prioritet məsələlər sırasında Avropa İttifaqı və Aİ-nin bütün strukturları ilə sektoral əməkdaşlığın dərinləşdirilməsi də var”,- nazir müavini qeyd etdi.