Taxıl dəhlizinin bərpasından sonra 6 gəmi Ukrayna limanlarından yola düşüb.
Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar açıqlamasında bildirib.
O qeyd edib ki, beləliklə, limanlardan çıxan gəmilərin sayı 426-nı, daşınan taxılın miqdarı isə 9,7 milyon tonu ötüb.