2022-ci ilin ilk 8 ayında Ermənistanın ticarət dövriyyəsi AİB ölkələri ilə 2778 milyard dollar təşkil edib. Bu isə, keçən ilin eyni dövrü ilə müqayisədə 74.1% artıb.
Bu barədə ER parlamentinin iclasında iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
“2022-ci il yanvar-avqust aylarında ER-dan AİB ölkələrinə ixracat 1.1 milyard dollar təşkil edib və bu, keçən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb”,-deyə o qeyd etdi.
İdxalda da artım potensiyalı var. Keçən ilin yanvar-avqust ayları ilə müqayisədə bu il 58.7% artım olub.
“Rusiya ilə ticarət dövriyyəmiz 2642 milyard dollar təşkil edib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 71.7% artıb.İxrac 2 dəfə, idxal isə, 55.3% artıb”,-nazir vurğuladı.