“MDB Təhlükəsizlik Şurasının katibləri bu gün Moskvada keçiriləcək iclasda nüvə təhlükəsizliyinin təmin edilməsini müzakirə edəcəklər”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O həmçinin bildirib ki, iştirakçılar nüvə silahının istifadə edilməməsi üçün fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, bu gün Moskvada MDB-yə üzv olan ölkələrin Təhlükəsizlik Şurası katiblərinin toplantısı keçirilir.