Ursula fon der Layen ilə Azərbaycan arasında tərəfdaşlıq biabırçılıqdır. Bunu fransalı senator Valeri Buaye bildirdi.
“Fransa, xüsusən də biz Avropa İttifaqının prezidenti olanda Ermənistan üçün daha çox şey edə bilərdi. Müşahidəçilər göndərmək bizim edə biləcəyimiz ən kiçik şeydir.
Ermənistanın düşmənləri açıq şəkildə deyirlər ki, erməniləri məhv etmək istəyirlər. Yenə də biz bu liderləri qəbul etməyə davam edirik və Avropa Ursula fon der Leyenlə Azərbaycandan qaz alır”,- deyə Buaye qeyd etdi.
Onun sözlərinə görə, Avropa Ukrayna üçün səfərbər olub, lakin Ermənistanla bağlı susur.
“Ermənilərin həyatı ukraynalıların həyatından dəyərsizdirmi? Ermənistanın sərhədlərinə hücum edən, etnik təmizləmə və soyqırımı davam etdirmək istəyən korrupsia olunmuş və irqçi Azərbaycan dövləti var”,- deyə o qeyd etdi.