2023-cü ilin büdcə layihəsinə əsasən, ER Xarici İşlər Nazirliyinə 16 milyard 510 milyon dram ayrılacaq. Xarici işlər naziri Ararat Mirzoyan Parlamentin komitələrinin birgə iclasında 5 proqrama daxil olan 15 tədbirin planlaşdırıldığını açıqlayıb.
Proqramlardan biri ER-nin xarici əlaqələr sahəsində Hökumətin siyasətinin hazırlanması və həyata keçirilməsi adlanır.
“Burada gözlənilən yekun nəticə budur: Ermənistanın suverenliyinin möhkəmləndirilməsi, qorunması, xarici təhlükəsizlik komponentinin gücləndirilməsi, Dağlıq Qarabağ probleminin həlli, Ermənistanın beynəlxalq reputasiyasının yüksəldilməsi, Ermənistanın inkişafı üçün əlverişli xarici şəraitin təmin edilməsi, Ermənistanın xaricdəki vətəndaşlarının maraqlarının qorunması”, - deyə nazir bildirib.