Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. Bu barədə ölkənin Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirib.
Faktla bağlı Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.