“Mən Artsax parlamentinin bəyanatını alqışlayıram və Artsaxda baş tutan mitinqi çox müsbət qiymətləndirirəm”.
Bunu ER parlamentinin sədri Alen Simonyan brifinq zamanı bildirib.
“Müsahibələrimdə deyirəm ki, Artsax xalqının hüquqları və öz müqəddəratını təyin etmək hüququ bizim məqsədlərdən biridir”.
Alen Simonyanın sözlərinə görə, Soçi və Praqada Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişi müzakirə olunub.
“Soçidə, Praqada və başqa yerlərdə Ermənistan hökuməti deyir və həmişə deyəcək ki, Artsax xalqının taleyi və Artsaxın bütün gələcək müzakirələri birbaşa Artsax hakimiyyətinin nümayəndələri tərəfindən və onların iştirakı ilə aparılmalıdır. Biz ən başından deyirdik ki, Artsax danışıqlar masasına qayıtmalıdır. Bu mövqe heç bir şəkildə dəyişməyib”,-deyə o qeyd edib.