Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib, amma bu təklif qəbul edilməyib.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.
“Biz mandatın qeyri-müəyyən müddətə - 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, - o deyib.
Paşinyanın sözlərinə görə, aydındır ki, sülhməramlıların olması Dağlıq Qarabağda ermənilərin hüquqlarını və təhlükəsizliyini təmin edən ən mühüm amildir.