Həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçidə Putin-Paşinyan-Əliyev görüşünə və onun nəticələrinə toxunaraq, təmasların davam etdiriləcəyini qeyd edib.
O, Rusiya prezidenti Vladimir Putinin “bəzi həssas məsələləri ictimai müzakirəyə çıxarmaq səhvdir, çünki bu, danışıqlar prosesinə mane ola bilər” sözlərini təkrarlayıb.
“Soçidə üç ölkənin xarici işlər naziri də görüşüb. Lakin bu, nümayəndə heyətləri səviyyəsində danışıqlar deyil, üç nazirin söhbəti və ya üzbəüz ünsiyyət idi. Təbii ki, həmin söhbət Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında aparılan danışıqlar kontekstində aparılıb”, - deyə Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Türkiyə mediasından birinin Moskvanın qondarma “Zangezur dəhlizi” ətrafında baş verənləri necə qiymətləndirilməsi ilə bağlı sualını cavablandırıb”.
“Biz “marşrut” terminindən istifadə edirik. Soçidə regionda nəqliyyat əlaqələrinin açılması məsələsi də müzakirə olunub. Üç ölkə başçılarının 2021-ci il 11 yanvar bəyanatında qeyd olunduğu kimi, üç dövlətin baş nazir müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində müvafiq proseslərin davam etdirilməsi barədə razılıq əldə olunub”.